Gecikməsi olanlara kredit verilir? - İQTİSADÇI AÇIQLADI

“Hər bir kreditə müraciət edən şəxsin kredit tarixçəsi yoxlanılır və onun uyğun olub-olmadığına əsasən qərar verilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, həm ödəmə qabiliyyəti, həm də kredit tarixçəsi nəzərə alınmaqla kreditlə bağlı qərar qəbul edilir: “Əgər kredit tarixçəsi neqativdirsə, yəni əvvəlki dövrlərdə götürdüyü kreditlərin ödənilməsində problemlər olubsa, bu zaman banklar tərəfindən həmin şəxsə yeni kredit xətti açılmır, yəni kredit verilmir.

Ona görə də kredit tarixçəsi kredit verilərkən nəzərə alınan əsas meyarlardan biridir. Vətəndaşın gecikməsi olduqda, kredit ödənişlərini yubadıqda bu, onun kredit tarixçəsinin pisləşməsinə gətirib çıxarır. Sistem elektron olduğu üçün hər bir bank bu elektron sistem vasitəsilə vətəndaşın kredit tarixçəsi ilə bağlı məlumatları əldə edir və gecikməsi olan, kredit tarixçəsi neqativ olan vətəndaşlara kredit verilməsi həyata keçirilmir.

Eyni zamanda ödəmə qabiliyyəti də nəzərə alınır. Əgər kredit tarixçəsi neqativ deyilsə və gecikmələr yoxdursa, bu zaman vətəndaşın ödəmə qabiliyyəti əsas götürülərək kreditin verilməsi ilə bağlı qərar qəbul edilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə