Küveyt neft daşımalarını DAYANDIRDI

Küveyt neft daşımalarını dayandırıb. Bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Məlumata görə, “Kuwait Petroleum Corporation” şirkəti xam neft və neft məhsullarının tədarükünün dayandırılması ilə əlaqədar fors-major elan edib. Səbəb kimi Hörmüz boğazının blokadasının gəmilərin Fars körfəzinə daxil olmasını qeyri-mümkün etməsi göstərilir.

Şirkət müştərilərinə müqavilələrdə nəzərdə tutulan və təchizatçının öhdəliklərini yerinə yetirməməsinə imkan verən fors-major maddəsinin tətbiq edildiyini bildirib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə