“Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində yeni konsepsiya hazırlanıb” - VÜSAL QURBANOV
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində yeni konsepsiya hazırlanıb.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə əsasən, yeni yanaşmanın əsas məqsədi katastrofik risklərin daha dəqiq qiymətləndirilməsi və baş verə biləcək hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərinin təmin edilməsidir.
Qeyd edilib ki, konsepsiyaya uyğun olaraq sığorta məbləği yaşayış sahəsinin kvadratmetri əsasında müəyyənləşdiriləcək. Bu isə əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatının formalaşmasına şərait yaradacaq.
Vüsal Qurbanov bildirib ki, yeni sistem çərçivəsində dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın yerləşdiyi ərazi və ölçüsü kimi parametrlər nəzərə alınaraq sığorta məbləğinin hesablanması mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB