“Bakı Metropoliteni" QSC Xocasən və Dərnəgül depoları üzrə tender prosesləri keçirəcək”.
SİA xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
“Xocasən deposunun ikinci mərhələsi, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsi üzrə işlər tam yekunlaşdırılacaq və tam istismara vermək üzrə tenderhəyata keçiriləcək.
Dərnəgül deposu ərazisindən keçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə tikilən Abay Kunanbayev və Çinarlı Park Yaşayış Kompleksini birləşdirən avtomobil və piyada tunelinə gəldikdə, hazırda ərazidə tikinti işləri davam edir. Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması prosesi həmin tikinti prosesinə görə gözləmə mərhələsindədir. Tamamlandıqdan sonra Dərnəgül deposunun ikinci mərhələsi üzrə inşaat, tikinti-quraşdırma işləri yekunlaşacaq və depo qismən fəaliyyətə başlayacaq. Bununla bağlı olaraq aidiyyatı qurumlarla müzakirələr davam edir. Tarix haqqında məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB