Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib.
SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən il martın 1-nə nisbətən isə 8,8 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 231,5 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 9,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 887,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 9,4 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,6 %-ə çatıb.
Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyon manat olub. Bu, illik müqayisədə 4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,2 %-dən 5,9 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB