Azərbaycan məhsulları Dubayda keçirilən "Gulfood 2026" sərgisində nümayiş olunur
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində "Gulfood 2026" – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisi keçirilir.
Bu barədə SİA-ya İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və "İstisu" mineral su zavodu məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir. Milli stenddə qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal, eləcə də digər ərzaq məhsulları nümayiş olunur.
Bundan başqa, stenddə iştirakçılara ölkəmizdə sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti barədə çap materialları, iştirakçı şirkətlərin təşviqat videoçarxları təqdim edilir.
Həmçinin sərgidə xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən "InterFood Azerbaijan" sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin həmin sərgidə təmsil olunması təşviq edilir.
Yanvarın 30-dək davam edəcək sərgi çərçivəsində AZPROMO və Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi aparatının dəstəyi ilə Azərbaycan sahibkarları müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.
Hər il Dubayda təşkil olunan "Gulfood" sərgisi dünyanın, eləcə də Körfəz və Yaxın Şərq regionunun ən böyük ixtisaslaşmış beynəlxalq platformalarından biridir. Builki sərgidə 195-dən çox ölkə iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB