Azərbaycan ötən il pambıq ixracından 161 milyon qazanıb

Ötən il Azərbaycandan 161 milyon 902,45 min ABŞ dolları dəyərində 114 min 276,47 ton pambıq lifi (mahlıc) ixrac edilib. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,1 %, həcmi isə 4,7 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 4,97 % təşkil edir. 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə