Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nquyen Thi Honqun dəvəti ilə Vyetnam Sosialist Respublikasına səfər edib.
SİA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Vyetnam xalqının öndəri Ho Şi Minin məqbərəsinə, muzeyinə və vaxtilə yaşadığı evinə ziyarəti təşkil olunub.
Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli Lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinə dair şəkillər nümayiş olunmaq üçün nümayəndə heyəti adından muzeyə hədiyyə olunub.
Nümayəndə heyətinin Vyetnam Milli Statistika İdarəsinin baş direktoru Nquyen Thi Honq ilə görüşü zamanı Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib. İki ölkənin iqtisadi-ticari, mədəni, humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsində maraqlı olduqları vurğulanaraq “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinin beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.
Görüş zamanı Anlaşma Memorandumu çərçivəsində statistika sahəsində 2026–2028-ci illər üçün iş planı da imzalanıb. İş planı əsasında görüləcək işlərin statistika sahəsində institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, habelə Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşləri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB