Azərbaycan və Dünya Bankı arasında regional enerji layihələri müzakirə edilib.
SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşündə aparılıb.
"Enerji şəbəkəsinin modernləşdirilməsi, regional elektrik enerjisi və qaz ixracı layihələri, eləcə də enerji səmərəliliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə etdik", - P.Şahbazov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB