Çindən ilk Transxəzər yük qatarı Bakıya yola düşüb

Çinin şimal şəhəri Tiencindən ilk Transxəzər yük qatarı bu gün Bakıya yola düşüb. "Xinhua" agentliyinin məlumatında deyilir ki, "China Railway Beijing Group" şirkətinə məxsus olan qatar Qazaxıstandan keçərək daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək. O, paslanmayan polad borular, məişət texnikası və digər mallarla yüklənib.

"Yeni marşrut Tiencini Azərbaycan, Qazaxıstan və regionun digər ölkələri ilə birləşdirən sabit və səmərəli nəqliyyat dəhlizi yaradır", - Tiencin konteyner mərkəzinin nümayəndəsi Yan Tsyunyon qeyd edib. Məlumata görə, marşrutun uzunluğu təxminən 7 min kilometr təşkil edir, yol müddəti isə təxminən 20 gündür, bu da ənənəvi dəniz daşımalarından 10 gün daha tezdir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə