“Yeni qərarın qəbul edilməsində əsas məqsəd bank sistemində vətəndaşın, yəni bank müştərisinin hüquqlarının qorunmasıdır. Belə yanaşma bankın fəaliyyətinin dayandırılması və ya müflis elan edilməsi hallarının avtomatik olaraq müştərinin vəsaitinin itirilməsi anlamına gəlmədiyini hüquqi baxımdan aydın şəkildə ortaya qoyur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, bank hesabında saxlanılan vəsait hüquqi mahiyyət etibarilə bankın mülkiyyəti deyil, müştəriyə məxsus maliyyə resursudur və bank bu prosesdə yalnız vasitəçi funksiyasını yerinə yetirir:
“Ödəniş tapşırıqlarından irəli gələn mübahisələr üzrə vahid məhkəmə qərarının formalaşdırılması da məhz bu hüquqi prinsiplərin möhkəmləndirilməsinə xidmət edir. Məsələn, müştərinin bank hesabında kifayət qədər vəsait olduğu halda, onun təqdim etdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi və ya bankın həmin müddətdə müflis elan olunması müştərinin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu halda sözügedən vəsait bankın aktivlərinə daxil edilə bilməz, çünki bank yalnız xidmət göstərən tərəf kimi komissiya haqqı əldə edir.
Bu cür hüquqi mexanizmlər maliyyə sistemində etimadın qorunması və bank-müştəri münasibətlərinin institusional əsaslar üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, potensial risklərin qarşısının alınması üçün bankların müştəriləri əvvəlcədən və rəsmi şəkildə məlumatlandırması zəruridir. Şəffaflıq və məlumatlandırma prinsiplərinin gücləndirilməsi bank sektorunda hüquqi mübahisələrin azalmasına və maliyyə sabitliyinin möhkəmlənməsinə xidmət edən əsas amillərdən biri kimi çıxış edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB