Ermənistanda iqtisadi tənəzzül müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında inflyasiya səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,3%, noyabr ayı ilə müqayisədə isə 1,2% təşkil edib. SİA xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatlarında əksini tapıb.
Statistikaya görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri noyabr ayı ilə müqayisədə 0,4-1,4% artıb. Bu zaman nisbətən yüksək inflyasiya səviyyəsi paytaxtda qeydə alınıb. 2025-ci ilin yanvar-dekabr aylarında istehlak qiymətlərinin orta aylıq artımı 0,3% təşkil edib (ötən ilin eyni dövründə 0,1% artım qeydə alınmışdı).
Ərzaq bazarında il ərzində xüsusilə ət, yarma, yağ, süd məhsulları və spirtli içkilərin qiyməti artıb, tərəvəzlərin qiyməti isə 2024-cü ilin dekabr ayı ilə müqayisədə 7,5% azalıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB