"Xızı-Abşeron stansiyası Azərbaycanın energetikasında yeni mərhələdir" - EKSPERT DANIŞDI
"Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən Bakıda inşa edilən və sənaye istismarına verilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın energetika tarixində mühüm mərhələ hesab olunur". Bunu SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, Bu stansiyanın istifadəyə verilməsi ölkədə yaşıl enerji sektorunun inkişafında yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir və eyni zamanda, ölkənin enerji təminatında dayanıqlığın artırılmasına xidmət edir: "Qarşıdakı illərdə yaşıl enerji Azərbaycanın enerji bazarında daha geniş və strateji rol oynayacaq. Bir tərəfdən, yaşıl enerji ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə birbaşa töhfə verəcək. Digər tərəfdən, həyata keçiriləcək yeni yaşıl enerji layihələri Azərbaycanın potensialını daha da artıraraq bərpa olunan enerji sahəsində regional liderlik mövqeyini gücləndirəcək. Bu layihələr həmçinin ölkənin enerji kompleksini şaxələndirəcək, fərqli enerji mənbələrini balanslaşdıraraq enerji sisteminin çevikliyini təmin edəcək.
Bundan əlavə, yaşıl enerji təşəbbüsləri Azərbaycanın enerji siyasətində ekoloji və davamlı inkişaf prinsiplərinin həyata keçirilməsinə dəstək verəcək. Eyni zamanda, ölkə üzərindən yeni yaşıl enerji dəhlizlərinin formalaşması regional əməkdaşlığı gücləndirəcək və Azərbaycanın enerji ixrac potensialını artıracaq. Beləliklə, yaşıl enerji yalnız enerji təminatında deyil, həm də iqtisadi, ekoloji və regional strateji baxımdan ölkənin inkişafına mühüm təsir göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB