Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 10 %-ə yaxın azaldıb
2025-ci ildə Azərbaycan Türkiyədən 136,877 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 9,8 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 10,238 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 20,1 % azdır.
Ötən il Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 1,2 % artaraq 7,987 milyard ABŞ dollarına, dekabrda isə 4,1 % artaraq 737 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı İraq 1,208 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 5,7 % çox), Böyük Britaniya 440,479 milyon ABŞ dolları (0,6 % az) və ABŞ 397,715 milyon ABŞ dolları (2,7 % çox) həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB