Azərbaycan Türkiyədən havalandırma sistemləri idxalına çəkdiyi xərci 1 % azaldıb
2025-ci ildə Azərbaycan Türkiyədən 134,571 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,977 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 18 % çoxdur.
Ötən il Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % artaraq 7,389 milyard ABŞ dollarına çatıb, dekabrda isə 9,2 % artaraq 663 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 773 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 15,6 % çox), Böyük Britaniya 545 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,2 % çox) və İtaliya 368 milyon ABŞ dolları (13,1 % çox) həyata keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB