Bazel-3 standartlarına uyğunlaşmayan bankları nə gözləyir? - İQTİSADÇI AÇIQLADI
Azərbaycan Mərkəzi Bankı (AMB) yerli banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verib. Qurumun dekabrın 16-da qəbul etdiyi qərarla "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları" dəyişdirilib. 1 yanvar 2027-ci ildən bu tələblərə tam riayət edilməlidir.
Bəs, görəsən, bu tələbə uyğunlaşmayan bankları nə gözləyir? Bağlanan banklar ola bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasətinin əsas istiqamətlərindən biri məhz Bazel standartlarının tətbiqi ilə bağlıdır:
Çünki Bazel standartları bir tərəfdən banklarda korporativ idarəetmənin formalaşması, eyni zamanda bank sisteminin sağlamlaşdırılması və gücləndirilməsi baxımından vacibdir. Azərbaycan Bazel-3 standartlarına keçidlə bağlı artıq qərar qəbul edib və bankların həmin standartlara uyğunlaşdırılması vacibdir.
Bu, bir tərəfdən bank xidmətlərinin çeşidinin artırılması, banklarda korporativ idarəetmənin gücləndirilməsi, eyni zamanda informasiya açıqlamalarının artırılması baxımından da əhəmiyyətlidir. Çünki Bazel-3 prinsipləri bir mənalı şəkildə bankların menecmentinə təsir göstərən əsas qaydalar sırasındadır. O baxımdan bankların Bazel-3 standartlarına uyğunlaşdırılması bank sektorunun dayanıqlılığı aspektindən vacibdir. Bu da öz növbəsində bankların daha səmərəli fəaliyyətinə təsir göstərir.
Bankların dayanıqlılığı növbəti mərhələdə kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər. Çünki əsas məqsədlərdən biri də məhz banklar tərəfindən təklif olunan kredit faizlərinin aşağı salınması və problemli kreditlərin həcminin azaldılmasına nail olmaqdan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB