Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 4 milyon 003,2 min dekalitr meyvə şirəsi istehsal edilib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 160 min 581,9 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 1,8 % azdır.
Dekabrın 1-nə ölkədə 616,5 min dekalitr meyvə şirəsi ehtiyatı, 26 min 626,9 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 2,9 % az və 6,2 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 4 milyard 592,8 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,8 % çoxdur.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB