Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci cüzi artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 478,049 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 2,493 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9,2 % azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,26 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,4 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə