Azərbaycan polietilen istehsalını 13 faizdən çox artırıb

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 136,4 min ton polietilen istehsal edilib.

SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 % çoxdur.

Ötən il dekabr ayının 1-nə, ölkədə 8,9 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 121,7 min ton polietilen istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 25,2 % a

zdır.

Bütün xəbərlər Facebook səhifəmizdə