"Azərbaycan Dəmir Yolları" QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 30 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
SİA xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
İstiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsait 7 ədəd magistral lokomotivin alınmasına (25,935 milyon ABŞ dolları), 20 % ƏDV və gömrük rəsmiləşdirilməsinə (5,187 milyon ABŞ dolları) sərf olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB