2025-ci il qızılın qiymətində böyük artımla yadda qaldı. Qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik və dolların zəifləməsi qızıla tələbi artırır. Bəs qızıl investisiya üçün həqiqətən etibarlıdırmı?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, 2015-ci ildə dünya bazarında qızılın qiyməti 67% artıb:
“Eyni zamanda, bu ilin son 6 ayı ərzində qızılın qiymətində 30%-ə yaxın artım qeydə alınıb. Eləcə də, son 1 ayda qızılın qiyməti 6%-dan çox yüksəlib. Bu isə onu göstərir ki, qiymət dinamikası artım istiqamətindədir və nəticə etibarilə qızıla olan tələbin artmasından xəbər verir.
Qızılın 1 qramının qiyməti təxminən 138 dollardır. Bu isə qızılın kifayət qədər yüksək qiymətə malik olduğunu göstərir. Qızılın qiymətindəki artım strateji məhsula olan tələbin yüksəlməsi ilə bağlıdır.
Təbii ki, ticarət müharibələri və qeyri-sabitlik dövründə qızıl daha etibarlı aktiv hesab olunur. Qızıl investisiya baxımından da təhlükəsiz seçim kimi qəbul edilir. ABŞ-da baş verə biləcək iqtisadi və maliyyə riskləri fonunda da qızılın qiymətində artımların davam edəcəyi gözlənilir. İnvestisiya olaraq indiki halda qızıla müəyyən balanslı şəkildə sərmayə qoyub həyata keçirmək lazımdır. Hər hansı bir məhsulun qiyməti kəskin artdıqdan sonra müəyyən azalmalar baş verə bilər. Ona görə də 2025-ci ilin əvvəllərindən etibarən qızıl bazarında böyük investisiya müşahidə olunur. Hazırda nisbətən investisiya həcmində azalmalar var. Yenə də investorların bir qismi qızıl bazarına üstünlük verirlər”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB