Azərbaycanda qadın sahibkarlığının inkişafında mövcud vəziyyət və perspektivlər nələrdir ?
“Azərbaycanda qadın sahibkarlığının inkişafı sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir. Son illər bu sahədə qadın sahibkarların dəstəklənməsi məqsədilə müxtəlif dövlət proqramları və təşviq mexanizmləri həyata keçirilmiş, institusional və maliyyə dəstəyi tədbirləri genişləndirilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu təşəbbüslər qadınların iqtisadi fəallığının artırılmasına və onların sahibkarlıq mühitinə daha fəal şəkildə cəlb olunmasına xidmət edir:
“Müşahidələr göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri arasında qadınların sayı kifayət qədər çoxdur. Lakin iri sahibkarlıq sahələrində qadınların təmsilçiliyi hələ də məhdud xarakter daşıyır. Bu baxımdan əsas prioritet məsələlərdən biri qadınların iri biznes strukturlarında iştirakının genişləndirilməsi, eləcə də sahibkarlığın müxtəlif seqmentlərində onların rolunun artırılmasıdır. Bu istiqamətdə həm iqtisadi təşviq mexanizmlərinin, həm də sosial dəstək tədbirlərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Hazırda qadın sahibkarlar üçün xüsusi proqramlar mövcuddur və bu proqramlar çərçivəsində güzəştli kreditlərin verilməsi, aşağı faizli maliyyə resurslarına çıxış imkanlarının yaradılması əsas dəstək alətləri kimi çıxış edir. Bu maliyyə mexanizmləri qadın sahibkarların biznes fəaliyyətini genişləndirməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradır.
Görülən tədbirlər nəticəsində qadın sahibkarlığının institusional bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Gözləntilər ondan ibarətdir ki, növbəti mərhələlərdə mikro, kiçik və orta sahibkarlıq sahələrində qadınların payı daha da artacaq, eyni zamanda iri biznes strukturlarında da qadınların təmsilçiliyi genişlənəcəkdir. Bu proses ümumilikdə ölkənin iqtisadi inkişafına, sosial bərabərliyin təmin olunmasına və inklüziv iqtisadi mühitin formalaşmasına töhfə verəcəkdir”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB