Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,43% azalaraq 4 316,55 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,11% azalaraq 62,88 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə