Naxçıvanda istehlakçılara 3,9 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Bu ilin yanvar – noyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, bu,vötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,9 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 11 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 457 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 91 milyon manat və ya 24,9 faiz çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB