Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın başçılıq etdiyi nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının dekabrın 8-12-də Nayrobidə keçirilən 7-ci sessiyasında (UNEA7) iştirak edib.
SİA xəbər verir ki, tədbir çərçivəsində nümayəndə heyəti ətraf mühitin qorunması və iqlim dəyişmələri ilə bağlı bir sıra plenar iclaslar, müzakirələr və tematik tədbirlərdə iştirak edib. Azərbaycan nümayəndə heyətinin başçısı UNEA7-nin yüksək səviyyəli plenar iclasında ölkəmizin milli məruzəsini edərək qlobal iqlim fəaliyyətinə töhfələri, təşəbbüsləri, milli səviyyədə görülən işlər barədə məlumat verib, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycan nümayəndə heyəti UNEA7 çərçivəsində bir sıra ölkələr və beynəlxalq təşkilatların təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib.
İclas və görüşlərdə UNEA7-də Azərbaycanın 2026-cı ilin 5 iyun tarixində ev sahibliyi edəcəyi BMT-nin Ətraf Mühit Gününə (WED2026) hazırlıq prosesləri, təşəbbüsləri barədə iştirakçı dövlətlərin heyətlərinə məlumat verilib.
Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinə sədrliyi ilə 193 üzv ölkə arasında müzakirəsi və hazırlanması təmin edilən ətraf mühitin qorunması və əlaqədar proseslərin idarəolunması üzrə 11 qətnamə və 3 qərar layihəsi və, eyni zamanda, Nazirlər Bəyannaməsi UNEA7-də qəbul olunub. UNEA7-nin açılış iclasında Daimi Nümayəndələr Komitəsinin sədri Azərbaycanın Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyevin məruzəsi dinlənilib.
UNEA7-də 2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mahiyyəti, Azərbaycanın təşəbbüsləri və fəaliyyətləri, o cümlədən Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçiriləcəyi barədə məlumat verilib. Ölkələr WUF13-də fəal təmsil olunmağa təşviq edilib.
Umayra Tağıyevə və Sultan Hacıyev Keniyanın KİV nümayəndələrinə qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın COP29-a ev sahibliyinin ardınca gələn il WUF13-ə və WED2026-a ev sahibliyi etməsi ilə ölkəmizin dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyəti, gələcək planları barədə müsahibə verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB