Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə görüşdə olub.
"Neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB