Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi başa çatıb
Bakıda neft-qaz sektoruna həsr olunmuş Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi (Asset Integrity & Corrosion and Coatings Conference) adlı beynəlxalq konfransın üçüncü günü keçirilib.
SİA xəbər verir ki, konfrans aparıcı sənaye mütəxəssislərini, şirkət rəhbərlərini və texnologiya təchizatçılarını bir araya gətirib.
Konfrans çərçivəsində aktivlərin bütövlüyünün təmin edilməsi, korroziya ilə mübarizə və qoruyucu örtük texnologiyaları sahəsində mövcud vəziyyət və ən yeni həllər müzakirə olunub.
Bundan əlavə, iştirakçılara sənayenin qarşısında duran risklər, texniki həllər və beynəlxalq təcrübə təqdim edilib.
Qeyd edək ki, tədbirdə 20-dən çox ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Konfransda 50-dən çox spiker çıxış edib, 35-dən çox şirkət isə öz texnoloji həllərini təqdim edib. Ümumilikdə 50-dən artıq texniki sessiya, bir neçə panel müzakirəsi və peşəkar əlaqələrin qurulmasına yönəlmiş müxtəlif tədbirlər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB