EMTA-nın İdarə Heyətinin sədri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Dekabrın 10-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərlik etdiyi Dünya Bankının nümayəndə heyətini qəbul edib. SİA xəbər verir ki, görüş zamanı “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi” (AZURE), eləcə də elektrik enerjisi tariflərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Tərəflər həmçinin elektroenergetika sahəsində islahatların gedişatına nəzər yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB