BƏƏ ilə rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri müzakirə olunub
Maliyyə Nazirliyinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Maliyyə Nazirliyi ilə imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası çərçivəsində Dubay şəhərində işgüzar səfərdə olub.
Nazirlikdən SİA-ya bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə dövlət maliyyəsinin idarə edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, institusional və texniki səviyyədə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də rəqəmsal maliyyə həllərinin tətbiqi istiqamətləri diqqət mərkəzində olub.
Görüş zamanı BƏƏ Maliyyə Nazirliyi tərəfindən dövlət maliyyəsinin idarə edilməsində data əsaslı qərarvermə və analitik platformaların tətbiqi, dövlət sektorunda dövlət–özəl tərəfdaşlığı modelləri, elektron vergi inzibatçılığı, elektron müqavilə, xəzinədarlıq idarəetməsi və rəqəmsal platformalar üzərindən maliyyə nəzarəti mexanizmləri üzrə təqdimatlar və praktiki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlər Azərbaycan Respublikasında dövlət maliyyə idarəetmə sisteminin təkmilləşdirilməsi, rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi və maliyyə idarəetməsində səmərəliliyin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB