"Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur" - Baş Nazir
"Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 12,5 milyard ABŞ dolları və yaxud 17,6% artaraq 83,5 milyard ABŞ dollarına çatıb". SİA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib
"Bu da milli valyuta ifadəsi ilə 142 milyard manat deməkdir və 2025-ci ildə gözlənilən ümumi daxili məhsuldan (130 milyard manat) 8 milyard manat çoxdur. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur", - deyə o qeyd edib.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB