Bakıda Gömrük-Biznes Forumu keçirilir

Bakıda "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" Forumu öz işinə başlayıb.

SİA xəbər verir ki, forumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

Forum zamanı gömrük işi sahəsində həyata keçirilən rəqəmsal alətlərin, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük və aidiyyət dövlət orqanlarının birgə reallaşdırdığı layihələrin təqdimatları, o cümlədən biznes subyektlərinin iştirakı ilə gömrük prosedurları və əməliyyatları üzrə müzakirələrin aparılması planlaşdırılır.

Biznes nümayəndələri ilə əməkdaşlığın daha da genişləndirilməsi, gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə dövlət qurumlarının nümayəndələrinin, xarici ticarət iştirakçılarının, ekspertlərin və tərəfdaşların iştirakı ilə hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsi tərəfindən "Gömrük-Biznes Forumu" təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə