Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 8 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 99,013 milyon ABŞ dolları dəyərində polad idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.

Noyabrda Türkiyə Azərbaycana 10,504 milyon ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,1 % çoxdur.

Türkiyənin 11 ayda polad ixracının ümumi dəyəri illik müqayisədə 2,3 % artaraq 15 milyard 038,4 milyon ABŞ dolları, noyabrda isə 5,9 % artaraq 1 milyard 246,1 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox bu məhsul idxalını Rumıniya 1 milyard 230,004 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 5 % çox), İtaliya 1 milyard 025,5 milyon ABŞ dolları (+2,7 %) və Almaniya 694 milyon 514,5 ABŞ dolları (+6,1 %) dəyərində həyata keçirib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə