"S&P" Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının bu il 3,5% artacağını proqnozlaşdırıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2025-ci ilin sonuna 11 milyard 343,1 milyon dollar təşkil edəcək. SİA-nın məlumatına görə, bu qiymətləndirmə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozlarında göstərilib.

2024-cü ilin sonuna qədər Mərkəzi Bankın valyuta ehtiyatları 10 milyard 959,5 milyon dollar təşkil edəcək.

Beləliklə, 2025-ci ildə AMB-nin ehtiyatları 3,5% artacaq.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, onun valyuta ehtiyatları 28 noyabr 2025-ci il tarixinə 11 milyard 433,8 milyon dollar təşkil edir.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə