"Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər" -SİYAVUŞ NOVRUZOV
"Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hər il yerli özünü idarəetmə sisteminə ayrılan pullarda artımlar olurdu, dotasiyalar verilirdi: "Lakin 2026-cı ilin büdcəsində bu artımlar nəzərə alınmayıb. Hesab edirəm ki, büdcədən bu sistemə artımın ayrılması daha yaxşı olar. Azərbaycan dövlətinin maraqlarını vətən xaini olan AXCP və Müsavat istisna olmaqla digər siyasi partiyalar hamısı dəstəkləyirlər. Ona görə, siyasi partiyalara ayrılan pulların da artırılması daha münasib olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB