"Azərbaycanda təqaüd sistemi dayanıqlı olsaydı, tez-tez dəyişməzdi". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, 2006-cı ildən bu günə qədər təqaüd qanunvericiliyinin bir neçə dəfə yenilənməsi isə əslində sistemin hələ də tam formalaşmadığını göstərir: "Hazırda da bu sahədə yenidən dəyişikliklərlə bağlı müxtəlif təkliflərin səsləndirilməsi — məsələn, özəl təqaüd fondlarının yaradılması və pensiya kapitalından istifadənin genişləndirilməsi kimi təşəbbüslər — mövcud çərçivənin yetərincə sabit olmadığını sübut edir.
Çox yaxşı olardı ki, bu sahə üzrə bir dəfəlik, geniş və əsaslı müzakirələr aparılsın. Bu müzakirələr həm ekspertlərin, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakını tələb edir. Yekunda isə uzunmüddətli perspektiv üçün sabit “oyun qaydaları” müəyyənləşdirilməlidir.
Belə bir yanaşma həm təqaüd sisteminin davamlı şəkildə işləməsinə, həm də cəmiyyətin bu sistemə olan inamının artmasına şərait yarada bilər. Uzun illər dəyişmədən və gözlənilməz qərarlarla sarsılmadan fəaliyyət göstərə bilən təqaüd mexanizmi həm dövlət üçün, həm də vətəndaşlar üçün daha proqnozlaşdırıla bilən sosial təminat mühiti formalaşdırar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB