Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır - Nazir

Son illərdə regional qarşılıqlı əlaqədə dəmir yolu nəqliyyatının rolu əhəmiyyətli dərəcədə artıb. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və ölkə tərəfdaşları ilə birlikdə ümumi nəqliyyat siyasətini inkişaf etdirir.

“İnfrastrukturun modernləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi və tarif siyasətinin optimallaşdırılması ölkələrimizin daha dərin inteqrasiyasının əsas elementlərinə çevrilib. Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Biz davamlı olaraq dövlət tərəfdaşları ilə ümumi nəqliyyat siyasətini inkişaf etdirir, logistika zəncirimizin konkret qabiliyyətini gücləndirir və yeni marşrutlar yaradırıq”, - deyə nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə