Azərbaycanda "Qaz təchizatı haqqında" yeni qanun layihəsi hazırlanıb
Milli Məclisə "Qaz təchizatı haqqında" yeni qanun layihəsi daxil olub. SİA xəbər verir ki, bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, bu sənədin, eləcə də digər qanunların qəbulu bu sahənin inkişafına gətirib çıxarır.
Xatırladaq ki, hazırda qüvvədə olan "Qaz təchizatı haqqında" qanun 1998-ci ildə qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə