Milli Məclisə "Qaz təchizatı haqqında" yeni qanun layihəsi daxil olub. SİA xəbər verir ki, bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, bu sənədin, eləcə də digər qanunların qəbulu bu sahənin inkişafına gətirib çıxarır.
Xatırladaq ki, hazırda qüvvədə olan "Qaz təchizatı haqqında" qanun 1998-ci ildə qəbul olunub.