Azərbaycan Almaniya ilə “yaşıl enerji” əməkdaşlığının genişləndirilməsini müzakirə edib
Azərbaycan Almaniya ilə “yaşıl enerji” kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
“Görüşdə alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq Yaşıl Enerji Dəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik”, - deyə P. Şahbazov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə