"Xaçmaz Aqropark" MMC “Yalama Aqropark” MMC-yə qoşulması ilə əlaqədar ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar “Yalama Aqropark” yenidən təşkil olunur.
Xatırladaq ki, "Xaçmaz Aqropark" 2021-ci ildə, "Yalama Aqropakr" isə 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Onların nizamnamə kapitalı müvafiq olaraq 3,505 milyon manat və 27,193 milyon manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə