"Yeni yolun tikilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək" - EKSPERT ŞƏRH ETDİ
"Bakı–Qəbələ yolu, həm kənd təsərrüfatı sahəsində çalışanlar, həm sənaye, həm də turizm sahəsində çalışanlar üçün çox əhəmiyyətlidir. Məsələn, Şəki, Zaqatala bölgəsinin iqtisadi rayonları, sonra Şirvan bölgəsindən daha rahat və daha qısa yolla Bakıya asanlaşacaq. Bu, həm də turizm sahəsi üçün böyük üstünlükdür". Bu sözləri SİA-açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, bu bölgədə həm estetik gözəllik mövcuddur, həm də yollar çox vaxt dağılırdı. İndi bu yolun və körpünün yenidən tikilməsi, hesab edirəm ki, Azərbaycan iqtisadiyyatına öz töhfəsini verəcək: "Ümumiyyətlə, belə infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin reytinqinə müsbət təsir edir. Nə qədər çox belə layihələr icra olunarsa, bir o qədər yaxşıdır. İnanırıq ki, gələcəkdə Qəbələ ilə Quba arasında, eləcə də digər rayonlarda – xüsusilə kənd təsərrüfatı və turizm sahəsində çalışanlar üçün – sənaye komplekslərinin yaranması baxımından bu cür yolların və körpülərin çəkilməsi çox əhəmiyyətli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə