Azərbaycanda ölçmə vasitələrinin yoxlanılması üzrə səlahiyyətli şəxslərin sayı 20-yə çatıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölçmə vasitələrinin yoxlanılması sahəsində attestasiya olunmuş fiziki şəxslərin yeni siyahısını açıqlayıb. SİA xəbər verir ki, siyahıya daha 18 nəfər əlavə olunub. Onlara bu ilin fevral, aprel və may aylarında 5 illik attestatlar təqdim olunub.
Attestasiya olunmuş yeni şəxslər Cəfərli Məmməd Qardaşxan oğlu, Fərmanlı Münəvvər Əli qızı, Yusifova Pakizə Müseyib qızı, Abdullayev Elvin İslam oğlu, Abbasov Məhərrəm İsmayıl oğlu, Məmmədli İsmayıl Rəşid oğlu, Əzizov Əziz Məhəmməd oğlu, Məmmədov Müşviq Maşalla oğlu, Abbaszadə Nurlan Nobil oğlu, Seyidov Vüqar Ərəstun oğlu, Mahmudov Konstantin Yuryeviç, Məmmədova Çinarə Çingiz qızı, Abdullayeva Leyli İlham qızı, Məhərrəmova Lamiyə Rasim qızı, Murtuzayeva Elmira Hikmət qızı, Aydın Cahid Tofiq oğlu, Hacıyeva Günay Təhmasib qızı və Sayadova Xatirə Mustafa qızıdır.
Bundan əvvəl ötən ilin noyabr ayında Məmmədov Emin Vidadi oğlu və Piriyev Əliyar Məhyəddin oğlu bu sahədə səlahiyyətli şəxslər kimi tanınıb.
Bu addım ölçmə vasitələrinin yoxlanılması sahəsində keyfiyyətin və standartlara uyğunluğun təmin edilməsinə xidmət edir. Səlahiyyətli şəxslər ölkədə ölçmə vasitələrinin dəqiqliyinə və təhlükəsizliyinə nəzarətdə mühüm rol oynayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə