AAYDA hərəkət iştirakçılarına müraciət edib

Bakıda Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metrostansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində hazırda Əliyar Əliyev və Mirzə Uluqbəy küçələrinin kəsişməsində (Keşlə bazarının qarşısı) tikinti işləri icra olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hərəkət iştirakçılarına müraciətində bildirilir.

Məlumata görə, tiinti işlərinə uyğun ərazidə qısamüddətli məhdudiyyətlər tətbiq edilir. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə