Əli Xameneyi Türkiyədəki zəlzələ haqqında açıqlama verib

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi paytaxt Tehranda İslam ölkələrinin nümayəndələri və İran hərbi rəsmilərinin iştirak etdiyi proqramda çıxış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, islam ölkələri arasında əməkdaşlığı vurğulayan Xameneyi Türkiyə və Suriyada baş verən zəlzələlərə də toxunub. İslam ölkələri arasında əməkdaşlığın sözdə deyil, real mənada olması lazım olduğunu bildirən Xameneyi, "Müsəlmanların əsl əməkdaşlıq və həmrəyliyə ehtiyacı var. Biz bu əməkdaşlığı təmin etməliyik. Bəzən gözlənilməz problemlər və fəlakətlər baş verə bilər" deyib. Türkiyə və Suriyada baş verən zəlzələlərə işarə edən Xameneyi müsəlmanların bu zəlzələlərə biganə qala bilməyəcəyini və bütün müsəlmanların bir-birinin ağrı və problemlərini paylaşması lazım olduğunu bildirib. Xameneyi, "Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər böyük hadisədir. Bu zəlzələ bütün müsəlmanları narahat edir və islam ölkələri də bu hadisəyə biganə qala bilməz. Yəni hər kəs bu ağrı və iztirabı real şəkildə hiss etməlidir" şəklində açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə