Heydər Əliyev Sarayının səhnəsində Novruz sürprizi

Heydər Əliyev Sarayının səhnəsində Novruz sürprizi

Bildiyiniz kimi, Milli Bayramımız olan NOVRUZ ölkəmizdə böyük təmtərahla qeyd edilir. Heydər Əliyev Sarayı Respublikanın ilk konsert, tamaşa müəssələrindəndir ki, Novruz şənliklərini uşaqların yaddaşlarından silinməyəcək musiqili - tamaşa şəklində hazırlayıb, keçirib.

Adəti üzrə bu ildə, Heydər Əliyev Sarayının səhnəsində, Respublikanın ən maraqlı və ən geniş Novruz şənliyi olacaqdır. Sarayın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, baş tutacaq konsert proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri iştirak edəcəkdir. Bunlar arasında, "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhfələrini verəcəklər. Bir gün keçirilməsi nəzərdə tutulan şənlik üçün azyaşlı tamaşaçılar üçün ən yeni və maraqlı proqram hazırlanıb.

22 mart 2011-ci tarixində keçiriləcək Novruz Şənliyində Sarayın bütün texniki xidmətləri tam gücü ilə işləyəcəkdir. Bundan əlavə uşaqlar üçün möhtəşəm lazer şou və bir çox başqa sürprizlər gözlənilir.

Biletlər hədiyyəlidir. Hər bir tamaşaçıya "Nestle" məhsullarından hədiyyələr təqdim ediləcək.

Hədiyyələr biletlərin qiymətinə daxildir.

Artıq biletlər satışdadır. Biletlərin qiyməti 5 manatdan – 15 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə