AYID – Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası, Macarıstandakı Azərbaycan Respublikasının səfirliyinin dəstəyi ilə Pécs EXPO Mərkəzində unudulmaz Beynəlxalq axşam tədbirini təşkil edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, mədəni müxtəlifliyin bayramı olan bu tədbirdə Azərbaycan və Türkiyənin zəngin ənənələri təqdim olunub. Azərbaycan plovu, paxlavası və digər ləziz yeməklər vasitəsilə iştirakçılar bu ölkələrin mətbəxini və irsini yaxından tanımaq imkanı əldə etdilər.
Sehrli musiqi və rəqs nömrələri gecəyə xüsusi rəng qatıb, insanları bir araya gətirərək qlobal mədəniyyətlərə qarşı həmrəylik, anlayış və hörmət hissini gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə