Fırçadan silaha uzanan əllər....İbadov Rauf Məhərrəm oğlu. Meğri-Lehvaz İcması adından icma üzvləri ilə könüllü qəhrəman Raufun doğulduğu,boya-başa çatdığı Saray qəsəbəsindəki ata ocağına baş çəkdik. Rauf 2020-ci il iyul ayının 12-də Tovuz döyüşləri zamanı şəhid olmuş səngər general Polad Həşimovun ölümündən sonra ailə üzvlərindən xəbərsiz Abşeron rayon Hərbi Komissarlığına yollanıb könüllü orduya yazılır. Polad Həşimovun yaşadığı binaya gedib anasının balkondan ağlamağını görür. Evə dönəndə xəstəxananın cərrahiyyə şöbəsində çalışan yorğun anasının yatmış görür. “Ana, sən yatmısan, amma Polad Həşimovun anası balkondan durub ağlayır. Dur, ana, dur. Sən axı, necə yata bilmisən? Rauf anasına səslənir. Rauf Memar İnşaat İnstitunun məzunu idi. Bu gün sənin doğulduğun eldəyik. Rauf həm rəssam, həm heykəltəraş həm də ibadət əhli idi. Rauf, sənin rəssamlıq dünyan çox çətin və düşündürücüdür. Rəsm fırçalarına toxunuram. Fırçalarda quruyub-yapışmış rənglər qalıb. Axırıncı hansı əsəri çəkmək istədin? Amma tələsdin döyüşə. Səni döyüş gözləyirdi. Nədənsə rəsmlərin, rəssamlıq dünyan daha çox ağ-qara rənglərin çalarıdır.

Rəsm əsərlərin arasında Polad Həşimova, Mübariz İbrahimova olan bir xüsusi rəğbəti gördüm. Əllərin titrəyərək sonuncu dəfə rənglərə toxundun. Qayıdm iri bir tablo yaradacam dedin: pıçıltı ilə “Zəfər tablosu”.Raufun fırçasında süzülən rənglər, yaratdığı əsərlər bir başqa aləmin dünyasıdır, həm də Raufun öz dünyasıdır. Rauff, indi isə sənin haqqında kitbalar yazılır, görüşlər keçirilir, sənin igidliyindən danışılır. Sənin ömrün, sənin düşüncə tərzin, öz şəkillərin və rəsmlərin misralara çevrilir. 24 illik ömür payında sən çox böyük alın yazısı yaşamısan. Bu gün sənin rəsm qalereyanda xalq rəssamları dəqiqələrlə çəkdiyin rəsmlərin qabağında dayanır, mən verdiyin kətan üzərinə səpdiyin o rənglər düşündürü, hətta xalq rəssamlarını. Rauf, bilirsən sənin yaradıb qoyub getdiyin əsərlər insanları düşündürür: akademik, alim, yazıçı, xalq rəssamı, məktəblilər dönə-dönə sənin rənglər dünyanın qonağı olublar. Düşündürücü əsərlərin sənə rəssamlıq dünyanda bir başqa dünya yatır. Bizlər sənin bu fəlsəfi, düşündürücü, bəzən sirrini aça bilməyəcəyimiz dünyanı oyada bilmirik, axı o sənin dünyandır. Sən isə yoxsa, igid Rauf.

Rauf, nədən əsərlərində qara rəngləri çox sevirdin. Əsərlərinə baxanda sevgi rəsmlərində də üz çevirib gedirsən? Çünki beynində, ancaq döyüş var idi. Bir kimsəyə sevgi ümidi vermədin, hətta valideynlərinə ailə qurmaqdan vacib işləi var dedin.

Könüllü qəhrəman Rauf İbadov döyüş zamanı manqa komandiri olub. Yaralı döyüş yoldaşını 20 km məsafədən təkbaşına çıxarıb. Döyüş yoldaşlarına dönə-dönə deyirmiş: “Qələbə çalsaq arzumdur Şuşanı, Cıdır düzünü rəsmlərimdə təsvir edim”. Arzuların idi. Rauf telefonunun kodunu 44-44 yazmışdı. Hansı bir hiss onu buna məcbur etmişdi, yoxsa ürəyinə dammışdı tezliklə qələbənin baş verəcəyini? Qələbəmizə tam 15 gün qalmış qəhrəmancasına şəhid oldun. Qurumayan fırçalar, solmayan rənglər kətan üzərinə çəkilməyən nə qədər əsərlərin yarım qaldı.

İbadovlar ailəsi, Məhərrəm müəllim, Zərnigar xanım, bağışlayın qapınızı gec döydük. 3 il az müddət deyil, bizləri bağışlayın. Həyatın hər anı, hər saniyəsində ciyərparanız olan Raufun ruhu şad olsun. Sizlər nə qədər mənəvi zəngin insanlarsınız.

Yaradanın seçilmişləri olur. Zəkalı, fəlsəfi, düşüncə sahibləri –fitri istedadlar olurlar. Yaradan çox vaxt seçilmişləri öz dərgahına tez aparır. Rauf da seçilmişlərdən idi. Tanrı dağında oaln ruhuna salamlar. İgir şəhid Rauf. Nüvədi kəndinin fəxri, fəxarəti, qeyrət qalası. Ruhun şad olsun, İgid Rauf.

Müəllif: Cəmilə Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə