Kreml faktiki olaraq Britaniyaya ultimatum verib..?

...Rusiya prezidenti Vladimir Putin Britaniyanın Ukraynanın Rusiya bölgələrini Britaniya silahları ilə vurmaq hüququ ilə bağlı bəyanatlarına qeyri-ənənəvi cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çinin “Sohu” nəşri yazır.

...Qeyd olunur ki, dövlət başçısı Britaniyanın təxribatlarının necə nəticələnəcəyini Qərbə açıqlayıb.

Materialda deyilir ki, Kreml faktiki olaraq Britaniyaya ultimatum verib və onu döyüşkən ritorikanın dərəcəsini aşağı salmağa məcbur edib.

Çin nərinin yazdığına görə, bu arada Putin qeyri-strateji nüvə qüvvələrinin təlimlərinə göstəriş verib.

Belə ki, bununla bağlı, Rusiya “Bulava” ballistik raketini qəbul edib.

...Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiya “qırmızı xətlər” mövzusunu bir kənara qoymaq və Qərb ölkələrinə nüvə təhlükələrinə güzgü prinsipinə uyğun cavab vermək niyyətini bildirmişdi.

Elə bu arada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, NATO Rusiyanı çaşdırmaq üçün strateji qeyri-müəyyənlik və qeyri-müəyyənlik daşıyan hərəkətlər həyata keçirir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə