"Yoxsulluğun aradan qaldırılması preativ məsələlərdəndir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Yoxsulluğun aradan qaldırılması preativ məsələlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycanda yoxsulluğun aradan qaldırılması ilə bağlı uzun illərdir ki, sistemli işlər həyata keçirilir: "Son 21 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə azalıb. Hazırda yoxsulluq səviyyəsi son 21 ildə 45%-dən 5 faizə qədər azalıb. Bu da, təbii ki, son illər həyata keçirilən islahatların və bu istiqamətdə sosial təminat tədbirlərinin nəticəsi kimi qiymətləndirilməlidir.

Mütləq yoxsulluq dünya bankının müəyyənləşdirdiyi rəqəmlə ifadə olunan yoxsulluqdur. Yəni gündəlik gəlir iki dollardan az olarsa, həmin vətəndaş mütləq yoxsul hesab olunur. Nisbi yoxsulluqda isə artıq keyfiyyət indikatorları nəzərə alınmaqla müəyyənləşir. Burada ancaq gündəlik gəlirdir. Digər keyfiyyət meyarı nəzərə alınmaqla yoxsulluq səviyyəsini müəyyənləşdirmək həyata keçirilir.

Bütövlükdə yoxsulluğun minimuma endirilməsi Azərbaycan üçün hər zaman vacib hədəflərdəndir. İslahatlar da yoxsulluğun kəskin azalmasına gətirib çıxarır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə