Kişi günorta vaxtı küçədə sevgilisini bıçaqlayaraq öldürüb

Yekaterinburq sakini bir müddət əvvəl birlikdə yaşadığı qadını küçənin ortasında öldürüb.

SİA-nın “E1”-ə istinadən xəbər verir ki, şok edici qətl Uralmaşda, Pobeda küçəsindəki evin yaxınlığında günorta saatlarında baş verib.

Belə ki, kişi sevgilisinə bıçaqla hücum edib. Yoldan keçənlər gənc qadına kömək etməyə çalışsalar da, o, tibb işçiləri gələnə qədər dünyasını dəyişib.

Artıq hadisə ilə bağlı adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Jurnalistlər mərhumun həyatı ilə bağlı təfərrüatları öyrəniblər. Məlum olub ki, qadın nikahlı ərindən çoxdan ayrılıb və başqa kişi ilə görüşür.

Ancaq keçmiş əri ondan əl çəkmirmiş.

Belə ki, nə narkotik, nə də alkoqol aludəçisi olmayan keçmiş çox qısqanırdım. Öldürdüyü qadının hər hərəkətinə qısqanırmış.

30 yaşlı Yekaterinburqlu qadının 9 yaşlı qızı qalıb.

Polis hadisənin araşdırılması zamanı müəyyən edib ki, saxlanılan şəxsin bir neçə məhkumluğu var, o cümlədən quldurluq və dələduzluqda iştiraka görə. Həmin şəxs 2007-ci ildə şərti azadlığa buraxılıbmış.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə